1 May 2021 08:45
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda keçmiş SSRİ-nin rəhbərinin şərəfinə İosif Stalinin adlandırılan siyasətçi ştatlardan birinə keçirilən seçkilərdə qalib gəlib.

Teleqraf.com-un məlumatına görə, bu barədə AFP xəbər verirb.

“Exit-poll”un nəticələri göstərib ki, Stalinin partiyası "Dravid Munnetr Kajaqam" Hindistanın cənubundakı Tamil Nadu ştatında seçkiləri böyük fərqlə udub.

1953-cü ildə adaşının ölümündən bir neçə gün əvvəl doğulmuş hind Stalin demokratdır. Siyasətçi qəzetlərdən birinə müsahibəsində etiraf edib ki, onun adı və soyadı bir vaxtlar Rusiyada xoşagəlməz hallara yol açıb. "Rusiya aeroportunda yerə enən kimi mənə adımı açıqlamağı xahiş etdilər. Adımın Stalin olduğunu dedikdə aeroportda bir çox insanlar gözlərini mənə zilləməyə başladılar", - o deyib. "Məmurlar məni buraxmazdan əvvəl pasportumu yoxlayaraq, bir neçə sual verdilər", - siyasətçi əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər