8 May 2021 21:44
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviya Prezident Şurası qərargahının yerləşdiyi Tripolidəki Korinthia Otelə cümə axşamı bir qrup silahlı şəxs hücum edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Liviya hüquq-mühafizə orqanlarındakı mənbələr “Əl Ərəbiyyə”kanalına bildirib.

Məlumata görə, Prezident Şurasının sədri Məhəmməd əl Mənfi otelin binasını arxa qapıdan tərk etməyi bacarıb. Şuranın üç üzvü də təhlükəsiz yerə çatdırılıb. İddiaya görə, silahlılar Prezident Şurasının katibi Məhəmməd əl-Mabruku qaçırmağa nail olublar.

Liviya mediasının xəbərinə görə, hücumu ölkənin qərb bölgələrində olan qanunsuz silahlı mərkəz dəstəkləyir.

Xatırladaq ki, hazırda Liviya Milli Keçid Hökumətinə qarşı əsas silahlı müxalifətin başında general Xəlifə Haftar durur.


Müəllif: Cavad

Oxşar xəbərlər