10 May 2021 17:54
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada yaşayan azərbaycanlı fotoqraf Rza Diqqətinin Feysbuk səhifəsində paylaşdığı foto maraqla qarşılanıb.

Teleqraf.com xəbər verir ki, fotoqraf Liviya səhrasında bu ölkənin mərhum lideri Müəmmar Qəddafinin çəkdiyi fotosunu paylaşıb.

Fotoqrafla Qəddafinin görüşü 22 il əvvəl baş tutub, fotonu da elə həmin vaxt çəkib:

“Liviya. 2000-ci il. Onun üfüqü səhra qumlarının üfüqü idi. Onun işığı kainatın qübbəsindəki ulduzlardı. Sükut və yolda yoldaşları dəvələr idi.

Bir bədəvi oğlu olan Qəddafinin səhrada doğulduğu, on yaşına qədər dəvə sürüsü çobanı olduğu deyilir. Zəkası onu gənc ordu zabitinə çevirdi. Beləliklə, Liviyada qırx il hökmranlıq edən əfsanə - Qəddafi doğuldu. Xalqına iqtisadi və sosial rahatlıq və nümunəvi təhsil verməsinə baxmayaraq, ölkəsini ifadə azadlığı da daxil olmaqla təməl azadlıqlara açmağı bacarmadı”.


Müəllif: Mənsur Rəğbətoğlu