10 May 2021 20:49
1 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Çeçenistanın ilk Prezidenti Axmat-Hacı Kadırovun adını daşıyan alayın komandiri Zamid Çalayevə “Rusiya qəhrəmanı” adı ilə təltif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Çeçenistan lideri Ramzan Kadırov bildirib.

“Yüksək mükafat Zamid Çalayevə rəsmi vəzifəsini yerinə yetirərkən göstərdiyi cəsarət və qəhrəmanlığa görə verilib.

Əlbəttə, bu, bütün Çeçenistan xalqı üçün və xüsusən Çeçenistan Respublikasının birinci Prezidenti, Rusiya qəhrəmanı Axmat-Hacı Kadırov tərəfindən qurulan alay üçün böyük bir qürurdur”, - Kadırov bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu