11 May 2021 23:06
392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Roma prokurorluğu sosial şəbəkələrdə İtaliya Prezidenti Serco Mattarellanı təhqir və təhdid edən 11 nəfəri istintaqa cəlb edib.

Teleqraf.com xəbər verir ki, onlar dövlət başısının şərəf və ləyaqətini alçaltmaqda, nüfuzunu zədələməkdə, ona qarşı cinayət törətməyə təhrk etməkdə günahlandırılırlar. Şübhəlilər 44-65 yaş aralığında olan şəxslərdir. Hədə və təhqir mesajları 2020-ci ilin aprelindən 2021-ci ilin fevralınadək olan dövrdə paylaşılıb. Onların mobil telefonları və kompüterləri müsadirə olunub.

Qeyd edək ki, bu, İtaliya hüquq-mühafizə orqanlarının prezidentə qarşı təhdid hadisəsi ilə bağlı ilk istintaqı deyil. Belə ki, 2018-ci ildə Palermo şəhər prokurorluğu Feysbukda Serco Mattarellanın ünvanına hədələr yazan 39 nəfər barədə araşdırma aparıb.


Müəllif: Teleqraf.com