12 May 2021 01:13
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin baş naziri Binyamin Netanyahu ölkə vətəndaşlarına müraciəsində bildirib ki, HƏMAS hərəkatının və “İslam cihadı”nın tərəfdarları öz hərəkətlərinə görə üçün yüksək bədəl ödəyəcəklər.

Teleqraf.com xəbər verir ki, baş nazir təhlükəsizlik qüvvələrinin nümayəndələrinin iştirakı ilə vəziyyəti qiymətləndirdiklərini deyib: "Qərara gəldik ki, HƏMAS və "İslam cihadı" İsrailə qarşı öz hərəkətlərinə görə yüksək bədəl ödəyəcəklər. Mən bu gün sizə deyirəm — onlar bunu öz həyatları ilə ödəyəcəklər. Biz mənfur düşmənə qarşı birik".

Qeyd edək ki, HƏMAS-ın silahlı qanadı "İzzəddin al-KassaBim briqadaları" İsrailin Təl-Əviv şəhərinə və onun ətrafına tərəf 130 raket buraxdığını elan edib. “The Times of Israel” qəzeti isə bildirib ki, HƏMAS silahlılarının İrailin Təl-Əviv şəhərini raket atəşina tutması nəticəsində 1 nəfər həlak olub, azı 8 nəfər xəsarət alıb. Atəş zamanı 1 avtobus yanıb.

Eyni zamanda “Ynet” xəbər portalı da Təl-Əviv yaxınlığındakı Rişon-le-Sion şəhərinə raket zərbəsi nəticəsində 1 qadının həlak olması barədə məlumat yayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər