ABŞ-ın ən böyük neft boru xətlərindən birinin kiber hücuma məruz qalmasından sonra bir sıra ştatlarda benzin sıxıntısı yaşanır.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın cənub əyalətlərində ortaya çıxan benzin sıxıntısı yüzlərlə yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırmasına səbəb olub, bəzi əyalətlərdə benzin satışı dayandırılıb.
ABŞ mediası qeyd edir ki, Vircinyadan Floridaya qədər bütün əyalətlərdə benzin ehtiyatları tükənib və bu, qiymətlərin bahalaşmasına səbəb olub. Florida qubernatoru Ron Desantis ştatda benzin sıxıntısı səbəbindən “fövqəladə vəziyyət” elan edib. Məlumat üçün bildirək ki, Xyustondan Nyu-York limanına gündəlik 100 milyondan çox benzin və yanacaq daşıyan Kolonial Pipeline boru xəttinin fəaliyyəti 5 gün əvvəl kiber hücum səbəbindən müvəqqəti dayandırılıb.