Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 238 nəfər dünyasını dəyişib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 44 059 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 55 472 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 4 856 763 nəfər təşkil edir.