Hindistanda oğru girdiyi evin sahibini yatdığı yerdə qətlə yeririb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə Pəncab əyalətinə bağlı Ludhiana şəhərində baş verib. Gecə yarısı evə girən oğru yatmaqda olan ev sahibi yaşlı qadını dəmir çubuqla dəfələrlə vuraraq öldürüb.
Polisin verdiyi xəbərə görə, dörd nəfərlik qrupun üç üzvü çöldə gözləyərkən, biri evə girib.
Oğru qadının öldüyündən əmin olmaq üçün sonda daha bir dəfə ona çubuqla zərbə vurub.
Polis cinayətkar qrupu hadisə baş verdikdən qısa müddət sonra həbs edib.
Teleqraf.com həmin videonu təqdim edir :
Diqqət! Videoda zorakılıq görüntüləri yer alıb! Yeniyetmələr və əsəbləri zəif olanların baxması məsləhət görülmür.
Rüstəm