İsrailin hava hücumu Qəzzada beynəlxalq KİV-lərin ofislərinin yerləşdiyi 15 mərtəbəli binanın çökməsinə səbəb olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti”yə mənbə bildirib.
Bundan əvvəl yerli mənbələr “RİA Novosti”yə İsrail qüvvələrinin Qəzza zolağında “Əl-Cəzirə” telekanalı, “Associated Press” agentliyi və digər beynəlxalq medianın ofislərinin yerləşdiyi binaya növbəti saat ərzində hücum edəcəyi barədə xəbərdarlıq etdiyini bildirmişdi.
“İsrail Hərbi Hava Qüvvələri Qəzza şəhərində “Associated Press” və “Əl-Cəzirə” kimi bir sıra beynəlxalq medianın yerləşdiyi “Əl-Cala” adlanan çoxmərtəbəli binanı tamamilə məhv etdi”, - deyə agentliyin mənbəyi bildirib.