1 Noyabr 2014 08:36
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə sərhədi yaxınlığında yerləşən Kobanidə peşmərgələr İŞİD-ə qarşı fəal döyüşlərə başlayıb. Şimali İraq kürd regional rəhbərliyi tərəfindən Kobaniyə göndərilən və bir müddət Şanlıurfa vilayətinin Suruç mahalında gözləyən peşmərgə gücləri artıq İŞİD-in mühasirədə saxlaığı bu şəhərə daxil olublar.

Teleqraf.com-un “Anadolu” xəbər agentliyinə istinadən məlumatına görə, peşmərgə gücləri sərhədi keçən kimi döyüşməyə hazır vəziyyətə gətiriliblər və artıq döyüşlərə başlayıblar.

Azad Suriya Ordusunun Kobaniyə göndərdiyi təxminən 200 nəfərlik qrup İŞİD-ə qarşı aktiv şəkildə hərbi əməliyyatlara başlayıb. Hazırda Azad Suriya Ordusu Kobaninin şərq, cənub və qərb cəbhələrində İŞİD-ə qarşı mövqe döyüşlərini davam etdirir.


Müəllif:

Oxşar xəbərlər