1 Noyabr 2014 10:39
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nepalın paytaxtı Katmandudan 120 kilometr cənub-şərqdə Makvannur rayonunda iki avtobus toqquşub.

Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər ölüb, 30 nəfər isə ağır yaralanıb. Rəsmilər hadisədə ölənlərdən birinin Rusiya vətəndaşı olduğunu bildirirlər. Yayılan məlumatlara görə, yaralılardan 12 nəfərin vəziyyəti ağır olduğundan ölü sayının artacağı istisna edilmir.

Hadisənin avtobus sürücülərinin səhlənkarlığı üzündən baş verdiyi bildirilir.

Samir


Müəllif: