“Boko Haram” terror qruplaşması iyulun 16-da Nigeriyanın Adamava ştatında Almaniya vətəndaşının oğurlanmasına görə məsuliyyəti öz üzərinə götürüb.
Teleqraf.com-un “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə qruplaşmanın lideri Abubəkr Şekau bildirib.
Girovun azad olunması üçün qruplaşma hələlik heç bir şərt irəli sürməyib.