3 Noyabr 2014 06:24
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumda keçirilən “seçkilər”in “exit-poll” nəticələri açıqlanıb.

Teleqraf.com-un “İnterfaks” agentliyinə istinadən məlumatına görə, hazırkı nəticələr separatçı qurumun “baş naziri” Aleksandr Zaxarçenko və "Donetsk Respublikası" təşkilatının liderlik etdiyini göstərir.

Qeyd edək ki, separatçılar noyabrın 2-də “parlament” və “prezident” seçkilərini keçiriblər. “DXR-in prezidenti” postuna “baş nazir”dən başqa “DXR” Ali Sovetinin deputatı Yuri Sivokonenko və “Novorossiya parlamenti”nin sədr müavini Aleksandr Kofman iddialıdır.

“Parlament seçkiləri”ndə isə “Donetsk Respublikası" təşkilatı 65,11 faizlə liderlik edir. “Exit-poll”un nəticələrinə görə, A.Zaxarçenko 81,37, Aleksandr Kofman 9,73, Yuri Sivokonenko faiz səs toplayıb.

Ukrayna prezidenti Pyotr Poroşenko “seçkilər”i tankların lüləsi altındakı məzhəkə adlandırıb.


Müəllif: