7 İyun 2021 11:20
1 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Almaniyada kəşfiyyat fəaliyyəti “Soyuq müharibə” dövründəki səviyyəyə yüksəlib.

Teleqraf.com xəbər verir ki, bunu Almaniyanın Federal Konstitusiyanın Mühafizəsi İdarəsinin rəhbəri Tomas Haldenvang bəyan edib.

Onun sözlərinə görə, hazırkı səviyyə “Soyuq müharibə” dövrü ilə mütənasibdir.

İdarə rəhbəri Rusiya kəşfiyyatının Almaniyada “siyasətin demək olar ki, bütün sahələrində” çoxşaxəli bir marağının olduğunu deyib:

“Bu, xarici siyasət və silah siyasəti, müdafiə siyasəti və Avropa Birliyi siyasətini əhatə edir. Metodlar getdikcə qəddarlaşır, vasitələr də sərtləşir”

Mütəxəssis Federal Prokurorluğun Rusiya dövlət strukturlarını ittiham etdiyi 2019-cu ildə Zəlimxan Xangoşvilinin Berlində törədilmiş qətlini xatırladıb. Əlavə edib ki, çox sayda agentdən istifadə edərək, Rusiya xüsusi xidmət orqanları siyasi qərar qəbul edənlər arasında əlaqə yaratmağa çalışırlar.

Alman Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kahl da öz növbəsində Almaniyanın Federal Konstitusiyanın Mühafizəsi İdarəsinin rəhbəri ilə Çin və Rusiya kimi ölkələrdən bəhs edərkən Almaniyada kəşfiyyat məqsədləri üçün “yeni vasitələrdən” istifadə etdiklərini vurğulayıb.

Onun sözlərinə görə, çoxsaylı metodların köməyi ilə bu ölkələr özləri üçün üstünlük təmin etməyə və Qərb dövlətləri arasında nifaq salmağa çalışırlar.


Müəllif: Cavad

Oxşar xəbərlər