Peruda keçirilən prezident seçkilərində sol partiyanın namizədi Pedro Kastillonun qalib gəldiyi açıqlanıb.
Teleqraf.com xəbər verir ki, aprelin 11-də baş tutan I turda ən çox səs alan 2 namizədin mübarizə apardığı seçkinin ikinci turunda Azad Peru Partiyasının namizədi Kastillo 8 milyon 804 min 439 səs alıb.
Ümumilikdə səsvermədə 50.19 faiz səs toplayan solçu siyasətçi seçkilərdə birinci olub.
Səslərin 100 faizinin sayıldığı Peruda sağçı Xalq Partiyasının namizədi Keyko Fujimori 49.80 faiz səslə ikinci yerdə qərarlaşıb.