16 İyun 2021 09:32
345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Milli kosmik idarəsi (CNSA) 17 iyun tarixində "Şencjou-12" kosmik gəmisini ÇXR-in orbital stansiyasına göndərməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə ÇXR-nin Pilotlu kosmik uçuşların proqramı idarəsi məlumat verib.

"Buraxılışın 17 iyun yerli vaxtla saat 09:22-də (05:22, GMT+4) həyata keçirilməsi planlaşdırılır", - Pilotlu kosmik uçuşların proqramı idarəsinin rəhbər köməkçisi Tzi Tzimin deyib.

Onun sözlərinə görə, missiyanın əsas məqsədi Yer orbitində yaradılan Çin kosmik stansiyasında sinaqların aparılması və stansiyaya xidmət göstərilməsidir.

Buraxılış Tzyusuan kosmodromundan həyata keçiriləcək. Gəmini orbitə "CZ-2F" raket daşıyıcısı çıxaracaq.


Müəllif: Teleqraf.com