ABŞ Prezident Co Baydenin Cenevrə görüşündən sonra Rusiya lideri Vladimir Putinlə birgə mətbuat konfransı keçirməyi rədd etməsi zəifliyin təzahürüdür.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo deyib.
“Rəqibinizdən 6-8 fut (1.8-2.4 metr) uzaqlaşıb dünyanı müzakirə etməyiniz, sizin üçün nəyin niyə vacib olduğunu izah edə bilməməyiniz inanılmaz zəifliyin təzahürüdür”, - Pompeo söyləyib.
Onun sözlərinə görə, təkcə Putinə qarşı yox, Şimali Koreya lideri Kim Çen In və Çin lideri Si Cinpinqə qarşı da zəiflik göstərmək lazım deyil, əks təqdirdə, bu, ABŞ-ın təhlükəsizliyini təhdid edəcək.