Ukrayna prezidenti Pyotr Poroşenko Donbasda keçirilmiş seçkilərlə əlaqədar ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağırıb.
Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Poroşenkonun mətbuat katibi Svyatoslav Tseqolko bildirib.
“Poroşenko xüsusi videomüraciət yazıb. Sabah Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclası baş tutacaq”, deyə Tseqolko qeyd edib.
Bundan əvvəl Fransanın prezident Fransua Olland Vladimir Putini Donbasda keçirilmiş seçkiləri tanımamağa çağırmışdı.