26 İyun 2021 19:15
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan Sahil Təhlükəsizlik Qüvvələri Meis adası yaxınlarında içərisində 2 Türkiyə vətəndaşının olduğu qayığa atəş açıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.

Bildirilib ki, hadisə ötən gecə Yunanıstan sahil suları və Meis adasının 1 mil məsafəsində baş verib.

Sürətli qayıq işıqlarını söndürərək sahilə doğru hərəkət edirmiş. Bunu müəyyən edən yunan sərhədçiləri əvvəlcə xəbərdarlıq atəşi açıb. Buna tabe olmadıqları üçün sonra qayığa atəş açılıb. Bəzi mərmilər qayığın motoruna dəyib.

Yunan tərəfi qayıqdakı sənədləri olmayan iki türk vətəndaşını saxladığını açıqlayıb.

Rodos adasına gətirilən türklər bu gün Yunanıstan sularını pozmaq iddiası ilə məhkəməyə çıxarılacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər