Moskva metropoliteninin “Yasenevo” stansiyasını su basıb, ərazidə qatarların hərəkəti dayandırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə paytaxtın nəqliyyat departamentinin “Telegram-kanal”ı məlumat yayıb.
““Yasenevo” stansiyasına şəhər ərazisindən çox miqdarda su daxil olur. Su vestibülə və qismən də stansiya platformasına tökülür”, - deyə məlumatda qeyd olunur.
Bildirilir ki, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün “Tyoplıy Stan” və “Novoyasenevskoy” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb.
Bundan əvvəl sinoptiklər bazar ertəsi Moskvada aylıq yağıntının 70%-ni təşkil edəcək “superdaşqın” gözlənildiyi barədə xəbərdarlıq etmişdilər.