30 İyun 2021 17:25
1 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Antalyada Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüş keçirir.

Teleqraf.com “RİA Novosti”yə istinadən xəbər verir ki, görüşdən əvvəl nazirlərin bayraqlar fonunda foto çəkdirmək mərasimi keçirilib. Nazirlərin qalstuk taxmadıqları diqqət çəkib.

Bundan sonra danışıqlar mətbuat üçün qapalı rejimdə davam edib.

Qeyd olunduğu kimi, daha sonra nümayəndə heyətlərinin üzvləri danışıqlara qoşulacaq və görüş geniş tərkibdə davam edəcək.

Bundan əvvəl Lavrov və Çavuşoğlunun iyunun 30-da Türkiyədə “Sputnik V” koronavirus peyvəndi istehsalının qurulmasını müzakirə edəcəyi bildirilmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər