Moskva vilayətinin Kolomna şəhərinin meri Denis Lebedev öz mənzilində ölü tapılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.
Məlumata görə, intihar həddinə çatdırılma maddəsi üzrə cinayət işi başlanılıb.
Baş İstintaq İdarəsi rəisinin böyük köməkçisi Olqa Vradi RİA-Novosti-yə bildirib ki, məmur iyulun 2-də Kolomna şəhər dairəsində öz mənzilində ölü tapılıb.
“Müstəntiqlər və kriminalistlər, habelə Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi rəisinin müavini İqor Doynikov dərhal hadisə yerinə gediblər”, - deyə o bildirib.
Hazırda mütəxəssislər hadisə yerinə baxış keçirirlər.