4 Noyabr 2014 23:24
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın müdafiə naziri İrakli Alasaniya tutduğu vəzifədən azad edilib.

Teleqraf.com-un “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə bu gün axşam saatlarında xüsusi brifinqdə ölkənin baş naziri İrakli Qaribaşvili bəyan edib.

Qeyd edək ki, qərar verilməzdən əvvəl müdafiə naziri İrakli Alasaniya bəyanatla çıxış edərək Müdafiə Nazirliyinə məqsədli hücumun həyata keçirildiyini qeyd edib. İrakli Alasaniya qeyd edib ki, onun rəhbəri olduğu qurum Gürcüstanı NATO və Avropa İttifaqı ilə birləşdirən yeganə amil olub və prokurorluğun addımlarını Gürcüstanın Avroatlantik seçiminə qarşı həmlə adlandırıb.

Gürcüstanın yeni müdafiə naziri Mindiya Canelidze təyin olunub. O, təyinatından əvvəl baş nazir yanında Təhlükəsizlik və böhranların idarəetməsi şurasının katibi vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl Gürcüstan Müdafiə Nazirliyinin bir qrup yüksək çinli əməkdaşı 2 mln dollar məbləğində büdcə vəsaitlərini talan etməkdə təqsirli bilinərək həbs olunub.

Bundan başqa, bu gün prokurorluq 2013-cü ildə hərbçilərin kütləvi zəhərlənməsi ilə bağlı Gürcüstan Müdafiə Nazirliyinin daha bir qrup yüksək çinli əməkdaşına səhlənkarlıq ittihamı irəli sürüb.

Prokurorluqdan, həmçinin, bildirilib ki, Müdafiə Nazirliyinin daha bir qrup əməkdaşının tikinti tenderi ilə bağlı yol verdiyi nöqsanlara dair istintaq aparılıb.


Müəllif: