Türkiyədə “Çiftlik Bank” sistemi yaradaraq insanların külli miqdarda pullarını mənimsəyən Məhməd Aydının istintaqa verdiyi ilk ifadə məlum olub.
Teleqraf.com xəbər verir ki, Braziliyadan Türkiyəyə gətirilən Aydın ailəsi ilə problemləri yarandığı üçün təslim olduğunu söyləyib.
Xatırladaq ki, bir neçə gün əvvəl məşhur dələduz Braziliyada könüllü şəkildə təslim olmaq qərarına gəlib. O, xaricdəki yaxınlarının problem yaşamaması üçün belə qərar verdiyini deyib.