5 Noyabr 2014 03:23
4 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili də istefa verib. Teleqraf.com-un məlumatına görə, dövlət naziri bu istefa qərarını baş nazir İrakli Qaribaşvilinin müdafiə naziri İrakli Alasaniyanı istefaya göndərdikdən sonra qəbul etdiyini bildirib.

Xatırladaq ki, bu gün İrakli Alasaniya siyasi bəyanat verərək hökuməti Müdafiə Nazirliyinə edilən məqsədyönlü hücumdan çəkindirməyə çağırıb. O, "Gürcü Arzusu" koalisiyasını Siyasi Şuranın iclasını çağırıb baş prokurorluğun ölkəni hara apardığı məsələsini müzakirə etməyə çağırıb. O, bu hücumu Gürcüstanın avroatlantik məkana inteqrasiya olunmasına qarşı olduğunu bildirib.

Məlumata görə, bu məsələdə dövlət naziri Aleksi Petriaşvili İrakli Alasaniyanı dəstəkləyib.

Petriaşvili bildirib ki, Müdafiə Nazirliyinə hücum ölkənin ən irəlidə gedən idarəsinə hücum etmək deməkdir. Onun sözlərinə görə, bu, məqsədyönlü hücumu həyata keçirən prokurorluqdur: "Biz bunu Siyasi Şurada aydınlaşdırmalıyıq. Bu gün prokurorluğun bəyanatından sonra aydın olub ki, ölkənin uğurlu idarəsinə birbaşa hücum cəhdi edilib.

Bu idarə Gürcüstan və NATO arasında birbaşa əlaqə yaradan idarədir. Müdafiə nazirliyinin uğurlarından, onun islahatlarından və şəffaflığından Gürcüstanın tərəfdaş ölkələrinin yüksək vəzifəli şəxsləri çox sözlər deyirlər və bu zaman anlaşılmaz və əsassız ittihamlar irəli sürüldüyünü görürük. Bütün bunlara aydınlıq gətirmək lazımdır. Siyasi Şura bunun üçündür. Biz siyasi tərəfdaşları eşitmək və qiymətləndirmək istəyirk,"- Petriashvili qeyd edib.

Qeyd edək ki, Gürcüstanın müdafiə naziri İrakli Alasaniya bu gün tutduğu vəzifədən azad edilib. Gürcüstanın yeni müdafiə naziri Mindiya Canelidze təyin olunub. O, təyinatından əvvəl baş nazir yanında Təhlükəsizlik və böhranların idarəetməsi şurasının katibi vəzifəsində çalışıb.


Müəllif:

Oxşar xəbərlər