6 İyul 2021 12:54
339
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19 pandemiyası səbəbindən dünyada vəfat edənlərin sayı 4 milyonu keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Worldometers” internet saytı məlumat yayıb.

Qeyd edilib ki, bu günə qədər ən çox insan ölümü ABŞ-da qeydə alınıb - 525 min 229 nəfər.

Braziliya siyahıda ikincidir - 403 min 310 nəfər.

Hindistan pandemiya səbəbindən 223 min 689 nəfər itirib.

Meksikada 193 min 389, Peruda 138 min 579 nəfər, Rusiyada 128 min 231 nəfər, İngiltərədə 127 min 680 nəfər, İtaliyada 111 min 197 nəfər, Fransa və Kolumbiyada ayrı-ayrılıqda 109 min 466 nəfər vəfat edib.

Qardaş Türkiyədə 49 min 959 nəfər virus səbəbindən vəfat edib.

Qeyd edək ki, COVID-19 virusu 2019-cu ilin dekabrında Çində yaranıb və dünyaya yayılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər