Rusiyada son sutka ərzində koronavirus infeksiyasına 24 818 yoluxma faktı qeydə alınıb. Ümumilikdə, ölkədə pandemiya zamanı 5 707 452 COVID-19 xəstəsi müəyyən edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə koronavirusla bağlı vəziyyətə nəzarət və monitorinq üzrə Operativ Qərargah məlumat yayıb.
Sutka ərzində 734 nəfər koronavirus infeksiyası nəticəsində ölüb. Bir gün əvvəl 725 ölüm qeydə alınıb. Ölənlərin ümumi sayı 140 775-ə çatıb.
Ümumilikdə, ölkədə 5 143 255 xəstə COVID-19-dan müalicə edilərək sağalıb. Sutka ərzində 21 336 nəfər sağalaraq evə buraxılıb.
Bir gün əvvəl Rusiyada koronavirusa 23 962 yoluxma hadisəsi qeydə alınmışdı.