NATO-nun Qara dənizdəki hərbi təlimlərinin Donbas münaqişəsi ilə heç bir əlaqəsi yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu təlimlərdə iştirak edən ABŞ Hərbi Dəniz Qüvvələrinin kapitanı Stüart Buman söyləyib.
Amerikalı zabit NATO-nun döyüş gəmilərinin təlimlərdən sonra da bir müddət Qara dənizdə qalmağa davam edəcəklərini də diqqətə çatırıb.
NATO və Ukrayna Silahlı Qüvvələri iyulun 9-da birgə hərbi təlimlərə başlayıb. Təlimlərdə şərti düşmən hədəfləri məhv edilib.
NATO-nun Qara dənizdəki hərbi təlimləri iyunun 28-dən başlayıb. Rusiya baş verənlərə görə qarşı tərəflərə etiraz edib.