10 İyul 2021 08:45
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyanın şimal-qərbində yerləşən Zamfara ştatına quldurlar hücum edib.

Teleqraf.com xəbər verir ki, hücum ştatın Faro bölgəsindəki beş əraziyə edilib. Hadisə nəticəsində azı 42 yerli sakin öldürülüb.

Şahidlərin dediyinə görə, quldurlar bölgəyə 100-dən çox motosikletlə gəliblər. İnsanları atəşə tutaraq, evləri və ərzaq mağazalarını yandırıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər