BMT Baş katibi Pan Ki Mun «Eurovizion»un son qalibi Konçita Vurstun konsertindən sonra çıxışı zamanı səhvə yol verib.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, çıxışı zamanı Avstraliya ilə Avstriyanı səhv salan Pan Ki Mun bir anlıq dayandıqdan sonra əslində kenquruların harada yaşadığını bildiyini söyləyib.
Jurnalistlərin canlanmasını hiss edən Pan Ki Mun səhv etdiyinə görə üzr istəyib.
"Avstriyada kenqurunun olmadığını bilirəm. Hərdən belə hallar olur, məni başa düşəcəyinizə ümid edirəm".
Rüstəm