11 İyul 2021 23:47
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 37 nəfər həyatını itirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 222 min 68 nəfər test edilib, onların 5 min 261-nin koronavirus testi pozitiv nəticə verib, 5 min 242 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvəldə Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 57 milyon 738 min 829 peyvənd tətbiq edildiyi qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər