15 İyul 2021 10:40
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son iki gündə Taliban təhlükəsindən qaçan 347 Əfqanıstan vətəndaşının sərhədi keçərək Tacikistana sığındığı bildirilib.

Teleqraf.com xəbər verir ki, Tacikistan Sərhəd Mühafizə Xidmətindən verilən açıqlamada 77 qadın və 177 uşaq daxil olmaqla 347 nəfər qırğız kökənli Əfqanıstan vətəndaşının Murqab rayonuna keçdiyi qeyd olunub.

Sərhədi keçərkən iki körpənin öldüyü bildirilən açıqlamada onların ölüm səbəbi haqda məlumat verilməyib.

Açıqlamada Tacikistan sərhədçilərinin Əfqanıstan vətəndaşlarının sərhədi keçib ölkə ərazisinə girməsinə icazə verdikləri və bu şəxslərin ölkənin Murqab rayonundakı kəndlərə yerləşdirildikləri deyilib.

Qaçqınların üzərindəki axtarış zamanı 3.5 kq narkotik maddə aşkar edildiyi vurğulanıb.

İki ölkənin sərhədindəki vəziyyət Talibanın Əfqanıstanın-Tacikistan sərhədinə yaxın bəzi bölgələri ələ keçirməsindən sonra kəskinləşib.

Talibanın hücumlarından qaçan təxminən 1500 əfqan əsgəri Tacikistana sığınıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər