Tacikistan Prezidenti Emoməli Rəhmonun bacısı Kurbonbi Rəhmonova vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə dövlət başçısının saytı məlumat yayıb.
Rəhmonun bacısının Qurban bayram günü – iyulun 20-də öldüyü məlum olub. Mərhum 64 yaşında idi.
Tacikistan liderinin bacısının ölüm səbəbləri açıqlanmır.
Hökumət Tacikistan prezidentinə, övladlarına, ailəsinə və Rəhmonovanın yaxınlarına başsağlığı verib.