6 Noyabr 2014 10:32
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Ordu Qərargahı (CENTCOM) son üç gündə İŞİD-in Suriyadakı mövqelərinə 4, İraqdakı mövqelərinə isə 10 aviazərbə endirildiyi barədə məlumat yayıb.


Qeyd olunur ki, Suriyanın Kobani və Sincar vilayətlərində İŞİD-in bir neçə hərbi obyekti sıradan çıxarılıb.

İraqın Mosul şəhərində isə İŞİD neft istehsalında və partlayıcı maddələrin hazırlanmasında istifadə etdiyi cihazlar sıradan çıxarılıb. Həmçinin İraqda İŞİD-in bir neçə hərbi avtomobili də vurulub.

Ayxan


Müəllif: