28 İyul 2021 21:13
1 829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Belarus silahlı qüvvələri Polşa sərhədləri yaxınlığında hərbi təlimlərə başlayır.

Teleqraf.com xəbər verir ki, bu barədə Polşanın “Do Rzeczy” nəşri məlumat yayıb. Bu məqsədlə Belarus-Polşa sərhədlərinə çox sayda hərbi texnikanın yerləşdirildiyi bildirilib.

Rusiya-Belarus birgə hərbi təlimləri 10-16 sentyabr tarixlərində keçiriləcək. İyul ayında, Polşa və Litva sərhədlərindən uzaq olmayan Qrodno bölgəsində yerli ərazi müdafiə qüvvələrinin yoxlanılmasının ilk mərhələsi başlayıb. Bundan əvvəl təlimlərə görə Litvanın şərq bölgələrində fövqəladə vəziyyətin elan edilməsi təklif olunub.

Amma Litvanın müdafiə naziri Arvidas Anuşauskas belə bir addımın təxribat olacağını və bölgədəki gərginliyin artmasına səbəb ola biləcəyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər