Misir hərbi əməliyyatlara qoşulmaq niyyətində deyil.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bu barədə Misirin xarici işlər naziri Samih Şükri açıqlama verib.
Onun sözlərinə görə, Misir hakimiyyəti Yaxın Şərqdə İraq Şam İslam Dövləti terror qruplaşması ilə mübarizədə ABŞ-ın başçılıq etdiyi koalisiyanın yaradılmasını dəstəkləyib, lakin hərbi əməliyyatlarda iştirak etməkdən imtina edib:
“Misir ilk gündən göstərdi ki, hər hansı bir hərbi əməliyyatın tərkib hissəsi olmayacaq. Ordumuz, hərbi doktrinaya əsasən Misir torpağının və xalqının müdafiəsi ilə məşğul olur, ölkə hüdudlarından kənara getmir”.
Samir