Almaniyada koronavirusun dördüncü dalğası başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Robert Koç İnstitutunun direktoru Lothar Vielerin video konfransda açıqlama verib.
Lothar Vielerin son 7 günlük statistikada delta ştammına yoluxanların sayına nəzər yetirərək dördüncü dalğanın başladığı qənaətinə gəlib.
Almaniyada son 24 saat ərzində 3 142 nəfər virusa yoluxub, 21 nəfər həyatını itirib. Hazırda 347 COVID-19 xəstəsi reanimasiya şöbəsində müalicə olunur.