Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vladimir Çijov Ukrayna, Gürcüstan və Moldovanın Avropa İttifaqına (Aİ) üzv olma şansını dəyərləndirib.
Teleqraf.com xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.
Onun sözlərinə görə, bu ölkələrin Avropa İttifaqına daxil olması məsələsi həddən artıq hipotetikdir.
Rus diplomat adıçəkilən ölkələri hədələməkdən də çəkinməyib:
“Qorxuram ki, bunun aktuallaşacağı anı yaşamayacağıq”.
Ukrayna, Moldova və Gürcüstan tərəfindən yeni üçtərəfli birliyin yaradılması haqda danışan Çijov bunun altı ölkəni özündə birləşdirən Aİ-nin “Şərq Tərəfdaşlığı” siyasətinin dərin böhran içində olduğunu göstərdiyini deyib. Eyni zamanda, Avropa İttifaqının özündə də bu üç dövlətin bu formatda birləşməsinin böyük həvəs oyatmadığını vurğulayıb.