4 Avqust 2021 23:14
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan BMT Təhlükəsizlik Şurasından İranı beynəlxalq sularda təhlükəsizliyi təhdid edən dövlət kimi qınamasını və ona qarşı sanksiyalar tətbiq etməsini istəyib.

Teleqraf.com xəbər verir ki, Erdan rəsmi şikayətində iyulun 29-da Hind okeanında baş verən hücum nəticəsində “Mercer Street” gəmisinin 2 ekipaj üzvünün öldürülməsində İranı ittiham edib.

İsrailli diplomat sözügedən hücumun İranın beynəlxalq sularda həyata keçirdiyi terror aktlarının bir nümunəsi olduğunu deyib.

“İranın həyasız və qatil davranışları BMT-nin nizamnaməsi və beynəlxalq hüququ ciddi şəkildə pozur. Bu davranışlar təkcə beynəlxalq dənizçiliyin təhlükəsizliyini təhdid etmir, eləcə də qlobal ticarəti pozur, həssas bölgədəki qeyri-sabitliyi daha da artırır”, - diplomat vurğulayıb.

Erdan şikayətində İranın birmənalı şəkildə qınanılmasını və bu çirkin əməli törədənlərin cəzalandırılmasını istəyib.
İyulun 29-da Hind okeanında Tanzaniyadan BƏƏ-yə üzrən bir İsrail şirkətinə məxsus gəmiyə hücum nəticəsində bir ingilis və bir rumın ekipaj üzvü həyatını itirib. Hadisədən sonra İngiltərə və Rumıniyadan başqa ABŞ və İsrail də baş verənlərə görə İranı ittiham edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər