Taliban hərəkatının yaraqlıları Əfqanıstanın 34 əyalətindən birini ələ keçirib.
Teleqraf.com xəbər verir ki, “Röyter” Talibanın Nimruz əyalətinin paytaxtı Zaranc şəhərini ələ keçirdiyini yazıb.
Məlumata görə, Taliban şəhərin böyük hissəsini işğal edərək, qarətə başlayıb.
Əfqanıstan hökuməti avqustun 3-dən etibarən Talibanla toqquşmalar səbəbindən mühasirədə olan Laşkarqax şəhərinin sakinlərini təxliyə etməyə başlayıb. Əyalətin böyük hissəsi artıq terrorçuların nəzarətindədir.
Əfqan ordusunun generalı Sami Sədat vətəndaşları ən qısa vaxtda şəhəri tərk etməyə çağırıb.