ABŞ ordusu Əfqanıstanda “Taliban” qüvvələrinin mövqelərini bombalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndəsi Favad Aman öz tvitter səhifəsində məlumat verib. O hücum nəticəsində terrorçuların ağır itkilər verdiyini bildirib.
Məlumatda qırıcı təyyarələrin “Taliban”ın Qəndəhar, Herat və Leşgərgah şəhərləri ətrafındakı mövqelərini bombaladığı qeyd olunub.