9 Avqust 2021 16:14
2 427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko yaxın vaxtlarda dövlət başçısı postundan gedəcəyini açıqlayıb.

Teleqraf.com xəbıər verir ki, o, bunu jurnalistlər, ictimaiyyət nümayəndələri və ekspertlərlə görüşü zamanı elan edib.

Lukaşenko vəzifəsindən tam olaraq nə vaxt ayrılacağını açıqlamayıb.

“Çox tezliklə”, - o deyib.

Belarus lideri qərarın ölkə vətəndaşlarında qalacağını qeyd edərək, mümkün varisinin adını çəkməkdən imtina edib: “Belarus xalqının seçəcəyi şəxs prezident olacaq, bu, həqiqətən belədir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər