Dünya katoliklərinin ruhani lideri Papa Frensiskə içində üç güllə olan məktub göndərildiyi iddia olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.
Papaya içində üç ədəd 9 millimetrlik güllə və Vatikanda maliyyə əməliyyatlarına dair qeydlər olan məktub göndərilib. Poçtda paketləri və zərfləri sıralayan işçilər məktub barədə Vatikan rəsmilərini məlumatlandırıblar.
Polis hadisə ilə əlaqədar istintaqa başlayıb.
Milanda nəşr olunan “Affaritaliani” adlı qəzet zərfdə Fransanın poçt markasının olduğunu iddia edilib.