10 Avqust 2021 21:19
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Nyu-York ştatının qubernatoru vəzifəsindən gedir.

Teleqraf.com xəbər verir ki, qadınlara qarşı cinsi zorakılıq faktlarında adı hallanan Endryu Kuomo bu qalmaqalın fonunda istefa verəcəyini açıqlayıb.

Bir qədər əvvəl Nyu-York şəhərinin meri Bill de Blazio bəyan etmişdi ki, Endryu Kuomo artıq vəzifəsinin icrasına yaramır və qubernator vəzifəsini icra edə bilməz.

Qeyd edək ki, E.Kuomo ona qarşı irəli sürülən cinsi zorakılıq iddialarını rədd edib.


Müəllif: Teleqraf.com