“Ermənistan Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində Rusiyanın müttəfiqi və əsas tərəfdaşıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.
O qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin modernləşdirilməsi və islahatlarına kömək etməyə hazırdır.
Bundan əlavə, Şoyqu Ermənistanda sabitliyin qorunmasında maraqlı olduğunu bildirib.
“Eyni zamanda, Ermənistan Silahlı Qüvvələrində islahatlar proqramının həyata keçirilməsinə yardım göstərməyə davam etməyə hazırıq. Bu, asan məsələ deyil, amma düşünürəm ki, təcrübənizlə bu işin öhdəsindən layiqincə gələcəksiniz”, o, erməni həmkarı Arşak Karapetyana müraciətində deyib.