14 Avqust 2021 17:12
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran 2015-ci il nüvə anlaşmasına qayıtmasa, ABŞ və İsrail ortaq strategiya üzərində işə başlamalıdır.

Teleqraf.com “Axios”a istinadən xəbər verir ki, bunu İsrail Baş naziri Naftali Bennet ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Bill Börnslə görüşündə deyib.

“İsrail kəşfiyyatı, Xarici İşlər Nazirliyi və milli təhlükəsizlik orqanları hesab edir ki, İranın yeni Prezident İbrahim Rəisinin seçilməsindən sonra Tehranın bu müqaviləyə qayıtmaq ehtimalı azalıb. Bayden administrasiyası hələ də 2015-ci il razılaşmasını yenidən nəzərdən keçirməyə çalışır, amma yeni İran rəhbərliyi vəzifəyə başlayandan danışıqlar dayandırılıb”, - qəzet bildirib.

Nəşrin məlumatına görə, Börnsün İsraildə Bennet, Prezident İsaq Herzoq, müdafiə naziri Benni Qantz və MOSSAD direktoru Devid Barni ilə danışıqlarında bu məsələ diqqət mərkəzində olub.

Bennet görüş zamanı CIA rəhbərinə İranla bağlı strategiyasını təqdim edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər