“Əfqanıstanda hakimiyyəti ələ keçirən Talibanın növbəti hədəfi Mərkəzi Asiya olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib.
“Əfqanıstan ordusu öz ölkəsi uğrunda döyüşmək istəmədi. Buna görə də Taliban hakimiyyəti ələ keçirdi”, - eks-prezident bildirib.
Saakaşvili Talibanın dayanmayacağına, Mərkəzi Asiyanın növbəti hədəf olacağını söyləyib.
Sabiq dövlət başçısı hesab edir ki, əfqan ordusu öz ölkəsi uğrunda döyüşmək istəsəydi, amerikalılar ona yardım edə bilərdi.
O, bölgədə baş verənlərin Rusiya üçün ciddi başağrısı yaradacağını iddia edib:
“Radikalların cənubdan irəliləməsi o deməkdir ki, Rusiya üçün çox isti bir dövr başlayır”.