Əfqanıstanın paytaxtı Kabildən qalxan ABŞ-ın qaçqınlarla dolu hərbi yük təyyarəsi Uqandaya enib.
Teleqraf.com xəbər verir ki, bu barədə BBC-nin Afrika bürosu məlumat yayıb.
Məlumatda bildirilib ki, ABŞ təyyarələri əfqan qaçqınları Amerikaya yox, Uqandaya daşıyacaq.
Məlumata görə, Uqanda hökuməti ölkəsindəki müharibədən qaçan 2000 əfqan qaçqını qəbul edəcək.
Ölkənin qaçqınlar üzrə naziri Ester Anyakun BBC-yə verdiyi açıqlamada Prezident Yoveri Museveninin amerikalıların istəyi ilə qaçqınları qəbul etməyə razılıq verdiyini söyləyib.
ABŞ-ın addımı sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.