19 Avqust 2021 09:57
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Heç kim Talibanın ölkəni belə sürətlə ələ keçirəcəyini təxmin etmirdi”.

Teleqraf.com xəbər verir ki, bunu “ABC News”a verdiyi müsahibədə ABŞ Prezidenti Co Bayden deyib.

ABŞ hərbi qüvvələrinin geri çəkilməsinə görə tənqidlərə məruz qalan Bayden qeyd edib:

“Belə bir fikir var ki. Xaos yaratmadan ölkədən çıxmaq olardı, amma mən bunun necə olduğunu bilmirəm”.

Təxliyə haqda məlumat verən ABŞ prezidenti vurğulayıb ki, hərbi qüvvələrin çıxarılması avqustun 31-dək uzansa belə, hər bir Amerika vətəndaşını Əfqanıstandan çıxarmağa qərarlıdır.

Əfqanıstanda hazırda 10-15 min Amerika vətəndaşının olduğu deyilir.

Bayden ailələri də daxil olmaqla ABŞ üçün işləyən əfqanların sayının 50-65 olduğunu və təxliyə edilməsini də gözlədiklərini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər